Abşeron rayonu, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində “MİDA” MMC tərəfindən yeni çoxmənzilli yaşayış binalarının inşasına başlanılıb.
Banker.az xəbər verir ki, layihəyə 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli binalar, həmçinin 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası daxildir.
Tikinti işlərini “GM Construction” MMC həyata keçirəcək.
Layihənin dəyəri 31 255 488 AZN təşkil edir.








