16 C
Baku
Sunday, November 23, 2025

Yaponiya Çinlə münasibətlər gərginləşdiyi üçün pandalardan məhrum qala bilər

Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı açıqlamaları və Pekinin bu açıqlamalara sərt reaksiyasından sonra Çinlə münasibətlərin gərginləşməsi səbəbindən Yaponiya zooparkları Çin pandalarından məhrum qala bilər.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hazırda Yaponiyada Çin tərəfindən icarəyə verilmiş Syao-Syao və Ley-Ley adlı iki panda var. Hər iki heyvan “Tokio Ueno” zooparkının əsas cazibə mərkəzidir. “Kyodo” agentliyi qeyd edir ki, pandaların icarə müddəti 2026-cı ilin fevralında başa çatır və Çin tərəfinin Yaponiyaya yeni panda verməkdən imtina edə biləcəyi ehtimal olunur. Bu fikir artıq Çin mediasında və sosial şəbəkə istifadəçiləri tərəfindən səsləndirilib. Onlar Yaponiyanı baş nazirin Tayvanla bağlı açıqlamalarına görə sərt şəkildə tənqid edirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər