Avropada təbii qazın qiyməti bazar ertəsi birja ticarəti zamanı 2024-cü il iyulun 12-dən bəri ilk dəfə 1 min kubmetr üçün 350 dollardan aşağı enib. Günün əvvəlindən ümumi azalma təxminən 3% təşkil edib.
Niderlandın TTF habında dekabr fyuçersinin qiyməti 1 min kubmetr üçün 349 dollara və ya 1 Mvt·saat üçün 29,28 avroya qədər düşüb (ICE-də qiymətlər avro ilə Mvt·saat üzrə göstərilir və hazırkı avro-dollar məzənnəsinə əsaslanır).






