“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 23 dekabr 2025-ci il, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən Baş Ofisində, həmçinin “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
-
“Unibank” Kommersiya Bankı ASC-nin təşkilati və idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 55 ünvanında yerləşən Baş Ofisində Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlayaraq tanış ola bilərlər.







