Ukrayna ABŞ-nin təklif etdiyi sülh sazişinin şərtləri ilə razılaşıb, lakin üzərində işlənməli olan xırda detallar hələ qalır, bu barədə CBS məlumat yayıb.
“Ukraynalılar sülh sazişinə razılıq veriblər”, — deyə ABŞ rəsmisi bildirib. Buna baxmayaraq, onun sözlərinə görə, hələ həll edilməli olan bəzi kiçik detallar var.
“Ümid edirik ki, tezliklə Rusiya tərəfindən cavab alacağıq. Hər şey sürətlə irəliləyir”, — deyə telekanalın həmsöhbəti əlavə edib. Onun sözlərinə görə, ABŞ ordusunun nazirinin müavini Den Driskoll 25 noyabrda bir neçə saat ərzində rusiyalı nümayəndələrlə danışıqlar aparıb.
Bundan əvvəl Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, Kiyev və Vaşinqton nümayəndə heyətləri Cenevrədə keçirilən görüşlər zamanı “sazişin əsas şərtləri üzrə ümumi razılaşmaya nail olublar”.