İran və Azərbaycan arasında “Astara” terminalının tikintisi yekunlaşmaq üzrədir.
Bunu “İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri bildirib.
Onun sözlərinə görə, bu terminal vasitəsilə Hindistandan Rusiyaya, Rusiyadan İranın Bəndər-Abbas dəniz limanına tədarük olunan yüklərin daşınmasında istifadə olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC ilə birgə terminalın yükaşırma qabiliyyətini 2 milyon tona çatdırmağa çalışırıq. İran, Azərbaycan və Rusiya dəmir yolları “Astara” terminalının inkişaf etdirilərək bu göstəricinin 5 milyon tona çatdırılması ilə bağlı protokol imzalayıb. Danışıqlar göstərir ki, “Astara” terminalında təkmilləşdirmə işləri gələn ilin Novruz bayramına qədər başa çatdırılacaq. Bu terminal Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir”, – deyə dəmir yolu rəsmisi qeyd edib.








