2025-ci ilin yanvar-oktyabr ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 256 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 13% çoxalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 24% çoxalaraq 772 milyon 602 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 112 milyon manat, sığorta ödənişlərinin həcmi isə 622 milyon 301 min manat olub.







