15 C
Baku
Wednesday, November 26, 2025

“Qala Sığorta”nın səhmlərə investisiyası 2 dəfə yüksəlib

Son bir ildə “Qala Sığorta” ASC-nin səhmlərə yatırımlar da əhəmiyyətli şəkildə genişlənib.

Banker.az xəbər verir ki, Sığorta Şirkətinin səhmlər üzrə investisiya portfeli 2024-cü ilin 1 oktyabrındakı 2,50 mln manatlıq səhm portfeli cari ilin müvafiq dövründə 5,03 mln manata yüksələrək iki dəfə illik artım göstərib.

Ümumi investisiya portfeli isə illik müqayisədə 27,73 mln manatdan 36,98 mln manata yüksələrək 33,3% artıb.

Portfelin əsas hissəsini təşkil edən istiqraz yatırımları 20,48 mln manatdan 26,16 mln manata qalxıb və 27,7% artım nümayiş etdirib. Dövlət istiqrazları üzrə yatırımlar 19,43 mln manatdan 12,22 mln manata düşərək 37%-dən çox azalıb. Əvəzində korporativ istiqrazlarına yönəldilən vəsait 1,06 mln manatdan 13,94 mln manata qədər kəskin artıb; şirkət bu istiqamətə bir il ərzində təxminən 12,9 mln manat əlavə yatırım edib.

Depozit portfeli də 4,75 mln manatdan 5,80 mln manata qalxaraq 22,1% genişlənib.

Son xəbərlər
Digər xəbərlər