14 C
Baku
Wednesday, November 26, 2025

“SoftBank”ın səhmləri şirkətin “Ampere Computing”i $6,5 milyarda alması fonunda bahalaşıb

“SoftBank Group”un kotirovkaları 26 noyabrda Tokiyo Fond Birjasında ticarətin sonunda 5,7% artaraq 16 260 yenə (təxminən 104 dollar) yüksəlib. Gün ərzində artım maksimum 8% təşkil edib.

Süni intellekt sahəsinə böyük investisiyaları ilə tanınan yapon maliyyə qrupunun səhmləri şirkətin ABŞ-nin çip istehsalçısı “Ampere Computing”in satın alınmasını tamamladığını elan etməsindən sonra bahalaşıb. “Bloomberg” yazır ki, müqavilənin məbləği 6,5 milyard dollar təşkil edir. “Ampere” şirkəti “Intel”in keçmiş rəhbəri Rene Ceyms tərəfindən təsis edilib və “Arm Holdings” texnologiyaları əsasında məlumat mərkəzləri üçün prosessorlar hazırlayır.

Bununla yanaşı, son ayda “SoftBank”ın səhmləri çətin dövr yaşayır. İnvestorlar yapon şirkətini getdikcə daha çox “OpenAI” ilə əlaqələndirir və süni intellekt sahəsindəki şişirdilmiş qiymətləndirmələr narahatlıq yaradır, “Bloomberg” yazır. “SoftBank”ın səhmləri oktyabrın sonundan bu yana təxminən 40% ucuzlaşıb, nəticədə şirkətin kapitallaşması 16 trilyon yen (təxminən 102 milyard dollar) azalıb.

“SoftBank”ın rəhbəri Masayoşi Son şirkəti qlobal süni intellekt ekosisteminin əsas oyunçularından birinə çevirməyinə inanır. O, “Nvidia” və “Oracle”daki paylarını məhz vəsait toplamaq üçün satıb və indi süni intellekt çip istehsalçılarını alır. Lakin “Asymmetric Advisors” şirkətinin yapon bazarı üzrə strategı Amir Anvarzade qeyd edir ki, bu dərinləşmə planları suallar yarada bilər, çünki böyük texnologiya şirkətləri də öz süni intellekt çiplərini hazırlayırlar.

Son xəbərlər
Digər xəbərlər