7 C
Baku
Thursday, December 12, 2024

Ölən qohumun kreditini ödəməliyikmi?

Hər il dünyasını dəyişənlərin qohumları tərəfindən mediaya kredit borcları ilə bağlı müraciət daxil olur. Gözlənilməz hadisə və yaxud başqa səbəblərdən yaxınını itirmiş ailə üzvləri, xüsusilə də zamin duran şəxslər geriyə qalan borcu ödəməkdən imtina edirlər. Bu da banklarla həmin şəxslər arasında münaqişələrə səbəb olur.

Müştəri vəfat etdikdə geriyə qalan məbləğ necə olur?

Banker.az Qafqazinfo-ya istinadən bildirir ki, Avropa ölkələrində fəaliyyət göstərən banklar müştərilərin razılığı ilə istehlak krediti götürən müştərinin həyatını kredit müddəti bitənə qədər sığortalayırlar. Kredit götürən şəxsin başına hadisə gəlsə, məbləği sığorta şirkəti ödəməli olur. Ancaq sığorta xərcləri elə də az olmadığı üçün ölkəmizdə fəaliyyət göstərən bankların az bir hissəsi müştərilərin həyatını sığortalamağa maraqlıdır. Belə ki, sığorta haqqı borc alanın yaş qrupundan asılı olaraq dəyişir, əgər borc alan həddən artıq yaşlıdısa, kreditin 7-8%-ə qədər sığorta haqqı faizləri qalxa bilər. Ən aşağı faizlər isə daha aşağı yaş qrupu yəni cavan insanlar üçün tətbiq olunur ki, bu halda təqribən 1-2% həcmində tutulur.

Qanunvericiliyə əsasən isə borc alan şəxs həyatda yoxdursa, öhdəlik həmin şəxsin qanuni vərəsəsinə düşür. Rəhmətə getmiş şəxsin qanuni vərəsəsi onun mirasının sahibi olmaqla yanaşı (debitor), həm də kimi borclarının öhdəliklərini daşıyır (kreditor).

Praktikada isə adətən verilən kreditlərə 3-cü tərəfin zəmanəti olur. Borc alan rəhmətə getdikdə zamin duran şəxslər artıq bu öhdəliyi daşıyan şəxslər hesab olunur.

Son xəbərlər
Digər xəbərlər