16 C
Baku
Monday, December 1, 2025

“Regional” BOKT 3-cü rübdə mənfəət əldə edib

“Regional” BOKT 2025-ci ilin ilk 9 ayını 215 min 629 manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 140 min 323 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Regional” BOKT-ın xalis mənfəəti bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 54% artıb.

Banker.az xəbər verir ki, “Regional” BOKT-un faiz gəlirləri 2024-cü ilin ilk 9 ayında 751 885 manat ikən, 2025-ci ilin ilk 9 ayında 1 milyon 189 min manata yüksəlib (58% artıb).

“Regional” BOKT-ın kredit portfeli 30 sentyabr 2025-ci il tarixinə 31.3% artaraq 4 milyon 885 min manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi aktivləri 4 milyon 580 min manatdan 5 milyon 444 min manata, cəmi kapitalı 352 min manatdan 1 milyon 326 min manata yüksəlib, cəmi öhdəlikləri isə 4 milyon 228 min manatdan 4 milyon 118 min manata düşüb.

Xatırladaq ki, “Regional” BOKT MMC-nin payçıları Əliyev Əli (33,3%), Bəhrəmov Nahid (33,3%) və Tağıyeva Nigardır (33,3%).

 

Son xəbərlər
Digər xəbərlər