“Google”un həmtəsisçisi, “Alphabet”in keçmiş prezidenti Sergey Brin şirkətin 1,1 mlrd dollardan çox dəyərində olan səhmlərini xeyriyyə məqsədlərinə bağışlayıb. “Bloomberg”in məlumatına görə, ümumilikdə bu məqsədlərə 3,5 milyondan çox qiymətli kağız yönəldilib.
Təxminən 1 milyard dollar dəyərindəki səhmlər milyarderin 2021-ci ildə yaratdığı, mərkəzi sinir sistemi xəstəlikləri ilə bağlı araşdırmaları və iqlim dəyişikliyi ilə mübarizə üzrə həlləri dəstəkləyən “Catalyst4” adlı qeyri-kommersiya təşkilatına verilib. Bundan əlavə, 90 milyon dollar Brinin ailə fonduna, daha 45 milyon dollar isə Parkinson xəstəliyi ilə mübarizə fonduna ayrılıb.
Agentliyin məlumatına görə, 2025-ci ilin may ayında Brin həmin xeyriyyə təşkilatlarına 700 milyon dollarlıq “Alphabet” səhmlərini bağışlamışdı.
“Bloomberg Billionaires” indeksinə əsasən Brin dünyanın ən varlı insanları arasında dördüncü yerdədir. Onun sərvəti 255,5 milyard dollar olaraq qiymətləndirilir. Keçmiş prezident “Alphabet”in təxminən 6% səhmlərə sahibdir.






