14 C
Baku
Tuesday, December 2, 2025

Dəmir yolunda yüklərdən gəlirlər və vaqonların məhsuldarlığı düşüb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların azalması gəlirlərinin həcmini də illik müqayisədə azaldıb.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk üç rübündə dəmir yolu ilə daşınmalardan gəlirlərin həcmi cəmi 284.32 milyon manat olub.

Bu da 2024-cü ilin eyni dövründəki 315.24 milyon manatdan 10% aşağıdır.

Dövlət Statistika Komitəsi bildirib ki, ilin ilk üç rübündə dəmiryolu üzrə yükdaşınmaların həcmi 12.51 milyon ton olmaqla illik 10 faiz üzərində azalıb. Öncəki ilin eyni dövründə  daşınmaların həcmi 13.94 mln. ton olub.

Yükdaşınmaların 10.56 milyon tonu beynəlxalq yükdaşınmalar üzərinə düşüb ki, burada 3.52 milyon tonu idxal yükləri, 2.18 milyon tonu ixrac yüklərinin payına düşüb. Tranzit yüklərin həcmi isə 4.86 mln. ton olmaqla öncəki ildən 14 faiz artıb.

Beləliklə, dəmiryolu üzrə yük vaqonlarının məhsuldarlığı 22.6 faiz azalaraq 3 094 ton-km netto səviyyəsinə enib.

Qeyd edək ki, Azərbaycanda dəmir yolunun yeganə operatoru dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər