11 C
Baku
Wednesday, December 3, 2025

Bitcoin və Ethereum əhəmiyyətli artım nümayiş etdirir

Kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan Bitcoin və Ethereum əhəmiyyətli artım nümayiş etdirir, bunu Binance kriptobirjasının məlumatları sübut edir.

Bakı vaxtı ilə 05:00-a olan məlumata görə, Bitcoin 5,98% artaraq 91 683 dollar səviyyəsinə çatıb. 05:09-da artım tempi zəifləyib və qiymət 91 659 dollar (+5,42%) olub.

Binance-nin 05:00-a olan məlumatına görə, Ethereum-un məzənnəsi 7,51% artaraq 3 004 dollara çatıb. 05:09-a yaxın artım bir qədər zəifləyib və kriptovalyuta 2 999 min dollar (+6,92%) səviyyəsində olub. Hal-hazırda Coindesk-in məlumatlarına əsasən, Bitcoin 93 370 dollara, Ethereum isə 3 056 dollara ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər