Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən “BOKT International” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. O həmçinin Müşahidə Şurasının sədri kimi şuranın işini təşkil edir, iclasları çağırır və qəbul edilən qərarları imzalayır. İdarə Heyətinin sədri isə Nicat Həsənov Vaqif oğludur.







