Azərbaycanda veb əsaslı Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sisteminin yaradılması nəzərdə tutulub.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev Türk Dövlətləri Təşkilatı (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.







