11 C
Baku
Thursday, December 4, 2025

“Android”də zənglərlə bağlı yeni funksiya

“Phone by Google” tətbiqində çıxan zəngləri “təcili” kimi qeyd etməyə imkan verən yeni funksiya sınaqdan keçirilir.

“Call Reason” (Zəng səbəbi – red.) adlanan yeni xüsusiyyət vacib zənglərin diqqətdən kənarda qalması problemini aradan qaldırmağı hədəfləyir.

Məlumata görə, istifadəçilər yadda saxlanılan əlaqəyə zəng etməzdən əvvəl xüsusi keçidi aktivləşdirə biləcəklər və həmin zəng ekranda “Təcili” qeydi ilə görünəcək.

Zəng buraxılsa belə, o, zəng tarixçəsində “Təcili” qeydi ilə yadda qalacaq və bu da zəngin dərhal cavablandırılmasının vacibliyini göstərəcək.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər