13 C
Baku
Monday, December 8, 2025

Qatarla şəhərətrafı sərnişindaşımalardan gəlir 5 mln. manata çatıb

2025-ci ilin yanvar–sentyabr aylarında dəmir yolunun şəhərətrafı sərnişin daşımalarında ciddi artım müşahidə olunub.

Banker.az xəbər verir ki, hesabat dövründə şəhərətrafı marşrutlarla 6 milyon 774,9 min sərnişin daşınıb. Bu göstərici 2024-cü ilin müvafiq dövründəki 5 milyon 679,4 min sərnişinlə müqayisədə 1  milyon 95,5 min nəfər və ya 19,3% çoxdur.

Dəmir yolları operatoru 2025-ci ilin ilk doqquz ayında bu istiqamət üzrə gəlir 4 milyon 876,1 min manat olub. Bu, 2024-cü ilin müvafiq dövründəki 3 milyon 320,4 min manatla müqayisədə 1 milyon 555,7 min manat və ya 46,9% çoxdur.

Şəhərətrafı istiqamətlər üzrə sərnişin dövriyyəsi 182,7 milyon sərnişin-kilometr təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 157,6 milyon sərnişin-kilometrlə müqayisədə 25,1 milyon və ya 15,9% artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər