FHN Cəbrayılda 3.2 milyon manata yeni bina tikdirir

FHN-in Cəbrayılda yeni yanğınsöndürmə hissəsi tikilir – tenderin qalibi məlum oldu.

Banker.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün 3 çıxışlı inzibati binanın tikintisi ilə bağlı tenderi yekunlaşdırıb.

Layihənin icrası üzrə qalib “Azəri Biznes” MMC olub.

Müqavilənin ümumi dəyəri 3.196.125,86 AZN təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər