“Qala Sığorta” ASC 2025-ci ilin ilk üç rübündə icbari avto-sığorta biznesində yığımlarda mühüm artıma nail olsa da, ümumilikdə zərərlə üzləşib.
Banker.az xəbər verir ki, sığorta şirkətinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımları ilk üç rübdə 13 milyon 84 min manat olduğu halda, bu sığorta üzrə 13 milyon 886 min manat sığorta ödənişi həyata keçirib.
Bu da 2024-cü ilin ilk doqquz ayındakı 96,9%-lik zərərlilik nisbətinin cari ilin eyni dövründə 126,6%-ə yüksəldiyini göstərir ki, bu da zərərlilik üçün yüksək göstəricidir.
Şirkətin 2025-ci ilin ilk üç rübündəki xalis mənfəəti təxminən 11 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin analoji dövrü ilə müqayisədə təxminən 13% azalma deməkdir.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90%-nə nəzarət edir.







