“Volkswagen” şirkəti “Gen.Urban” adlandırılan sürücüsüz avtomobil prototipi üçün sınaq proqramının yeni mərhələsinin başladığını elan edib.
Şəhər mühitində istifadə üçün nəzərdə tutulan bu avtomobil son bir ildə fərqli testlərlə üzləşib və hazırda Volfsburq küçələrində sınaqdan keçirilir.
Yeni sınaqların əsas məqsədi avtomobildən istifadə edən sərnişinlərin davranışı və hissləri haqqında məlumat toplamaqdır.
Bildirilir ki, 2026-cı ilə qədər robotaksi Avropa taksi parklarının əsasını təşkil etməlidir.







