9 C
Baku
Friday, December 19, 2025

Reuters: ABŞ “Green Card” lotereyasını dayandırır

Ağ Ev “Green Card” lotereyası proqramını dayandırır. Buna səbəb Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ABŞ-yə məhz bu proqram vasitəsilə daxil olmasıdır. Bu barədə “Reuters” agentliyi ölkənin daxili təhlükəsizlik naziri Kristi Noemin açıqlamasına istinadən məlumat verib.

“ABŞ Prezidenti Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) amerikalıların bu proqram səbəbindən artıq zərər görməməsi üçün DV1 proqramlarının dayandırılması barədə göstəriş verirəm”, – deyə Noem bildirib.

Dekabrın 13-ü axşam saatlarında Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində atışma baş verib. Ən azı iki nəfər həlak olub, daha doqquz nəfər isə xəsarət alıb. Braun Universitetində atəş açan şəxs barədə məlumat verənlər üçün 50 min dollar məbləğində mükafat təyin edilib.

Son xəbərlər
Digər xəbərlər