9 C
Baku
Sunday, December 21, 2025

Yaponiya milli süni intellekt modelinin inkişafına 19 milyard dollar ayıracaq

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelinin hazırlanmasına təxminən 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləməyi planlaşdırır.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

SoftBank kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət birgə inkişafda iştirak edəcək.

Qəzetin məlumatına görə, hökumət xərclərin təxminən üçdə birini ödəmək, qalan vəsaitin isə özəl firmalar tərəfindən investisiya qoyulmasını nəzərdə tutur.

Yaponiyanın layihənin inkişafına 2026-cı ildə başlayacağı gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər