6 C
Baku
Monday, December 22, 2025

Avropa Komissiyası 2025-ci ildə Ukraynaya maliyyə yardımının son tranşını köçürüb

Avropa Komissiyası (AK) Ukraynaya bu il üçün maliyyə yardımının son tranşını — Ukraynaya Dəstək Fondundan 2,3 milyard avro məbləğində vəsaiti köçürüb. Bu barədə AK-nın nümayəndəsi Olof Gill Brüsseldə keçirilən brifinqdə bildirib.

“Avropa Komissiyası bu gün Kiyevə 2,3 milyard avro məbləğində altıncı tranşı köçürüb”, — deyə o qeyd edib. Onun sözlərinə görə, bu maliyyə yardımı Ukrayna dövlətinin fəaliyyətinin təmin olunmasına imkan verəcək.

Gillin bildirdiyinə görə, ümumilikdə Avropa Komissiyası 2025-ci ildə Ukraynaya Dəstək Fondundan Kiyevə altı tranş üzrə cəmi 26,8 milyard avro məbləğində vəsait ayırıb.

Son xəbərlər
Digər xəbərlər