“Regional” BOKT MMC idarəetmə strukturunda dəyişiklər edərək təkbaşına idarəetmədən kollegial idarəetmə sisteminə keçib.
Banker.az xəbər verir ki, indiyə qədər direktor olan Mobil Şərifov Famil oğlu İdarə Heyətinə sədrliyini davam etdirəcək.
Digər qərarla Firuzə Məsimova Sabir qızı və Samir Kərimov Aydəmir oğlu İdarə heyəti üzvləri seçiliblər.
Xatırladaq ki, “Regional” BOKT MMC-nin payçıları Əliyev Əli (33,3%), Bəhrəmov Nahid (33,3%) və Tağıyeva Nigardır (33,3%).







