“Nvidia” və “Grok” 20 milyard dollarlıq razılaşma əldə edib. “Nvidia” nümayəndələri “Groq” ilə razılaşmanı tam mənada satınalma adlandırmağın düzgün olmadığını vurğulamaqda davam edirlər, lakin bu detal əsas məsələ deyil.
CNBC-nin izah etdiyi kimi, “Nvidia” 20 milyard dollar qarşılığında təkcə “Groq”un yüksək ixtisaslı mütəxəssislərini deyil, həm də onun texnologiyalarından istifadə hüquqlarını əldə edir. Bundan əlavə, “Groq”un formalaşmaqda olan bulud biznesi müstəqil fəaliyyətini davam etdirəcək.
Bu, “Nvidia” üçün son bir neçə ayda bu cür ilk razılaşma deyil. Sentyabrda şirkət “Enfabrica” startapının baş icraçı direktoru və digər mütəxəssisləri cəlb etmək, həmçinin bu startapın texnologiyalarını lisenziyalaşdırmaq üçün 900 milyon dollardan çox vəsait xərcləyib. Ümumilikdə, Sİ bumunun fonunda formalaşan böyük maliyyə ehtiyatları “Nvidia”nın investisiya fəallığının artmasına səbəb olub. Sentyabrda şirkət “OpenAI”in kapitalına 100 milyard dollara qədər investisiya yatırılması barədə razılığa gəlib, lakin bu münasibətlər hələ tam rəsmiləşdirilməyib.







