“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayı tədarükü üzrə gümüş fyuçersinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 75 dolları keçib.
Bakı vaxtı ilə saat 05:04-ə olan məlumata görə, qiymətli metalın dəyəri 4,87% artaraq bir troya unsiyası üçün 75,175 dollar təşkil edib. Saat 05:24-ə doğru isə gümüşün qiyməti artım tempini sürətləndirərək 5,12% yüksəlib və 75,355 dollar səviyyəsinə çatıb.
Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayı tədarükü üzrə qızıl fyuçersi 0,96% artımla bir troya unsiyası üçün 4 548,5 dollar səviyyəsində ticarət olunub.








