6 C
Baku
Friday, December 26, 2025

Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi planlaşdırır.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının buraxılması üzrə işlərə başlamışıq”, – deyə o əlavə edib.

Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yeni mərhələyə çıxaracaq.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər