5 C
Baku
Sunday, December 28, 2025

Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırıldı

Misir Mərdanov AMEA-dakı rəhbər vəzifəsindən uzaqlaşdırılıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Qeyd edək ki, uzun illər Azərbaycanın təhsil naziri vəzifəsində çalışan M. Mərdanov son dövrlərdə elmi fəaliyyətini AMEA-da davam etdirirdi.

MənbəEditor.az
Son xəbərlər
Digər xəbərlər