3 C
Baku
Monday, December 29, 2025

“Strategy” daha $109 milyonluq bitkoin alıb

“Strategy” (keçmiş “MicroStrategy”) 22–28 dekabr tarixləri arasında orta hesabla 88 568 dollar qiymətə ümumilikdə 108,8 milyon dollar məbləğində 1 229 bitkoin aldığını bildirib.

28 dekabr tarixinə olan məlumata görə, “Strategy”nin balansında 672 497 bitkoin var ki, bu da ümumi emissiyanın 3%-dən çoxunu təşkil edir. Şirkət 2020-ci ildən bu günədək bu aktivlərin alınmasına ümumilikdə təxminən 50,44 milyard dollar vəsait xərcləyib. Orta alış qiyməti isə 1 BTC üçün 74 997 dollar olub.

Sözügedən alış tam şəkildə MSTR səhmlərinin yerləşdirilməsi və satışı hesabına maliyyələşdirilib. Həmin səhmlər bir həftə ərzində əlavə olaraq 7% ucuzlaşıb. Şirkətin qiymətli kağızları artıq iyul ayındakı pik göstəricidən 60%-dən çox aşağı səviyyədə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər