Azərbaycanda müəyyən risk statusu ilə – məhv olma təhlükəli cinslər kimi təsnifləşdirilən qoyun cinslərinin ümumi yerli qoyun cinslərindəki xüsusi çəkisi 21.4 faiz təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, ölkədə mövcud olan 14 yerli qoyun cinsindən – Balbas, Qarabağ, Qaradolaq, Pirəsora, Qala, Abşeron, Azərbaycan dağ merinosu, Bozax, Herik, Gödək, Caro, Şirvan, Ləzgi və Mazex – iki cins “həssas vəziyyətdə olan”, bir cins isə “nəsli kəsilmə təhlükəsi ilə üzləşən” kateqoriyasına aid edilir. Beləliklə, ümumilikdə üç yerli qoyun cinsi məhv olmaq riski altındadır.
Bu göstərici “kritik vəziyyətdə olan”, “kritik vəziyyətdə olan – qorunan”, “nəsli kəsilmə təhlükəsi ilə üzləşən”, “nəsli kəsilmə təhlükəsi ilə üzləşən – qorunan” və “həssas vəziyyətdə olan” kateqoriyalarına aid edilən qoyun cinslərini əhatə edir. Sözügedən kateqoriyalardan hər hansı birinə daxil edilən cinslər məhv olmaq təhlükəsi altında olan cinslər hesab olunur.
Son statistik məlumatlara görə, məhv olmaq təhlükəsi altında olan qoyun cinsləri və onların baş sayı aşağıdakı kimidir:
– Caro – 3 800 baş (Kateqoriya: Həssas vəziyyətdə olan);
– Gödək – 1 511 baş (Kateqoriya: Nəsli kəsilmə təhlükəsi ilə üzləşən);
– Herik – 2 482 baş (Kateqoriya: Həssas vəziyyətdə olan).








