5 C
Baku
Thursday, January 1, 2026

Spirtli içkilərin aksiz dərəcəsi artırılıb

Azərbaycan Respublikasında istehsal olunan alkoqullu içkilər üzrə aksiz dərəcələri artırılacaq.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər