Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlar hazırladığını açıqlayıb.
Zelenski bu barədə UTX-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib.
“Yeni əməliyyatlar da razılaşdırılıb”, – deyə Zelenski “Telegram” kanalında yazıb.
Ukrayna lideri mümkün əməliyyatların detalları barədə əlavə məlumat verməyib.






