Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında NIKOIL | Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcək.
Bankdan Banker.az-a bildiriblər ki, iyunun 21-i də daxil olmaqla NIKOIL | Bankın qeyd olunan satış nöqtələri səhər saat 9:00-dan axşam saat 21:00-dək gücləndirilmiş iş rejimində işləyəcək. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcək.