Ələt Azad İqtisadi Zonasının perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı su təminatı həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2027-ci illərdə magistral su kəmərinin tikintisinə başlanılması, tikinti işlərinin 50 faizinin və 10 km magistral su kəmərinin tikintisinin tamamlanması planlaşdırılır.






