“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində mühüm enerji infrastruktur layihəsinin icrası ilə bağlı müsabiqə elan edib.
Banker.az xəbər verir ki, müsabiqə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq “Radiozavod” yarımstansiyasının 110/35/10 kV-luq, 2×40 MVA gücündə, GİS tipli tam qapalı yarımstansiya kimi yenidən qurulmasını əhatə edir.
Layihə üzrə ehtimal olunan qiymət 28 905 739 manat təşkil edir.





