4 C
Baku
Wednesday, January 14, 2026

ABB 2025-ci ildə kredit portfelini 7 mlrd.-a, ondan faiz gəlirlərini isə 664 mln. manatın üzərinə qaldırıb

Azərbaycanın ən iri dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 2025-ci ilin sonuna olan kredit portfelinin ümumi həcmi 7 milyard 79.98 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu da ötən ilin sonu ilə müqayisədə təxminən 730 mln. manat və ya 11.49% artım deməkdir.

Hesabat dövrünün sonunda ABB-nin əsas fəaliyyət istiqamətlərindən biri olan biznes kreditlərinin həcmi 3.54 mlrd. manat olub. Bu göstərici ötən ilin sonu ilə müqayisədə təxminən 435 mln. manat və ya 14% artıb.

İstehlak kreditləri üzrə də artım qeydə alınıb. Hesabat dövrünün sonunda istehlak kreditlərinin həcmi təxminən 1.98 mlrd. manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə təxminən 186 mln. manat və ya 10.31% artım deməkdir.

İpoteka kreditləri üzrə bazarda lider olan ABB bu portfeli son bir ildə 108 mln. manat və ya 7.44% artıraraq 1.55 mlrd. manat səviyyəsinə yüksəldib.

ABB 2025-ci ildə müştərilərə verilən kreditlərdən 822.08 mln. manat faiz gəliri əldə edib ki, bu da 2024-cü ildəki 664.44 mln. manat göstəricini təqribən 24% üstələyib. Bu məbləğ bankın ümumi gəlirlərinin 53%-dən çoxunu təşkil edir.

Son xəbərlər
Digər xəbərlər