5 C
Baku
Thursday, January 15, 2026

“AccessBank” 49 milyon manatdan çox mənfəət əldə edib

“AccessBank” 2025-ci ili 49 milyon 52 min manat mənfəətlə başa vurub. 2024-cü ilin eyni dövründə bankın mənfəəti 54 milyon 62 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2025-ci ildə “AccessBank”ın gəlirləri 274 milyon 722 min manat (əvvəlki ilə nisbətən 13.3% çox), xərcləri 198 milyon 386‬ min manat təşkil edib. Əvvəlki ilin müvafiq dövründə isə bankın gəlirləri 242 milyon 548 min manat, xərcləri 171 milyon 994 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin yanvar ayının 1-nə “AccessBank”ın aktivləri 1 milyard 770 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 19% çoxdur. Bunun 1 milyard 334 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 16% böyüyüb.

 

 

Son xəbərlər
Digər xəbərlər