Avropada birja qaz qiymətləri 2025-ci ilin oktyabrından bəri ilk dəfə 1 min kubmetr üçün 400 dolları keçərək 4,5% artıb. Bu barədə Londonun ICE birjasının məlumatlarında deyilir.
Avropanın ən iri virtual qaz ticarət mərkəzi olan Niderlanddakı TTF indeksinə əsasən, fevral fyuçersləri Bakı vaxtı ilə saat 11:00-da 1 min kubmetr üçün 388,6 dollar (+1,4%) səviyyəsinə yüksəlib. Saat 14:02-də isə fyuçerslərin qiyməti 400,6 dollara (+4,5%) çatıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə göstərilir — həmin gün qazın qiyməti 1 min kubmetr üçün 383,3 dollar təşkil edib.
Sonuncu dəfə Avropada birja qaz qiymətləri 1 min kubmetr üçün 400 dolları 2025-ci ilin oktyabr ayının əvvəlində keçmişdi. Keçən il Avropa birjasında qaz üzrə fyuçerslərin orta qiyməti 420 dollardan çox olub ki, bu da 2024-cü illə müqayisədə 9% yüksəkdir.







