7 C
Baku
Sunday, December 15, 2024

Twitter Soundcloud-a 70 milyon yatırım edir

Twitter onlayn musiqi platforması Soundcloud-a yatırım edib.

Məlumata görə, Twitter-in qurucularından olan və şirkətin CEO-su olaraq çalışanJack Dorsey rəsmi olaraq bu məlumatı təsdiqləyib.

Re/Code-un məlumatına görə, nə Twitter, nə də Soundcloud yatırımın məbləği ilə bağlı məlumat paylaşmayıb.

Lakin şirkətə yaxın mənbələr bu rəqəmin 70 milyon dollar olduğunu deyib.

Bununla da Twitter rəqəmsal musiqi sektorunda özünü sığortalamış oldu.

Qeyd edək ki, Apple Music və Spotify-ya rəqib olan olan Soundcloud-un maliyyə problemləri var. Xüsusilə müstəqil sənətçilər üçün çox əhəmiyyətli bir platforma olan xidmətin qlobal olaraq 175 milyon üzvü var.

Twitter-in bu sərmayəsi  gələcəkdə SoundCloud ilə ortaq böyük işlər görəcəyindən xəbər verir.

Xeberler.az

 

Son xəbərlər
Digər xəbərlər