4 C
Baku
Monday, January 19, 2026

Qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilir

Qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilir.

Bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

O bildirib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

“Məsələn, Nərimanovda sahəsi 1000 kvadratmetr olan obyektin icarə haqqı 25 min manatdır. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu, bələdiyyələrə də əlavə dəstəkdir”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər