Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ildə 761.6 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı 16.3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 40.3 faiz azalıb.
2025-сi ildə 4038 ədəd və ya əvvəlki illə müqayisədə 1960 ədəd az minik avtomobili istehsal olunmuşdur.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 23.9 faiz, yük avtomobillərinin istehsalı isə 60.8 faiz azalıb. 01.01.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyat 82 ədəd olub.






