2 C
Baku
Monday, January 19, 2026

İstehlak kreditlərinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.01.2026)

2025-ci ildə Azərbaycan bank sektorunda istehlak krediti portfelinin ümumi həcmi ilin yekununda 9 milyard 354.2 milyon manata çatıb ki, bu da illik müqayisədə 10.8 faiz artım deməkdir.

Banker.az xəbər verir ki, istehlak kreditləri üzrə bazarın lideri Kapital Bank olub. Bankın istehlak krediti portfeli 3 milyard 135.8 milyon manat təşkil edib və illik müqayisədə 6.7 faiz artıb. İkinci pillədə ABB qərarlaşıb. Bankın istehlak kreditləri portfeli 1 milyard 984.2 milyon manat olub, illik artım isə 10.3 faiz səviyyəsində qeydə alınıb.

Üçüncü yerdə Bank of Baku qərarlaşıb. Bankın istehlak krediti portfeli 699.9 milyon manat təşkil edib və bu göstərici bir il ərzində 20.8 faiz artıb. Unibank 647.2 milyon manat portfellə dördüncü sırada yer alıb və bankın istehlak kreditləri 4.6 faiz böyüyüb. İlk beşliyi Bank Respublika tamamlayıb. Bankın istehlak krediti portfeli 368.9 milyon manat olub və illik artım 18.1 faiz təşkil edib.

Beləliklə, istehlak kreditləri üzrə TOP-5 bankın cəmi portfeli 6 milyard 836.1 milyon manat olub. Bu isə sektor üzrə ümumi istehlak kreditlərinin təxminən 73.1 faizinin ilk beş bankın payına düşdüyünü göstərir. Göstərici istehlak kreditləri bazarında konsentrasiyanın biznes kreditlərinə nisbətən daha yüksək olduğunu ortaya qoyur.

Reytinqdə növbəti yerlərdə Rabitəbank, Azər Türk Bank, Yelo Bank və AccessBank qərarlaşıb. Xüsusilə Ziraat Bank Azərbaycan (454.1%), AFB Bank (198.6%) və Premium Bank (48.9%) istehlak kreditləri üzrə ən yüksək illik artım tempini göstərən banklar sırasında olub. Bununla yanaşı, Xalq Bank və PAŞA Bank üzrə istehlak kreditlərində azalma qeydə alınıb.

324324

Son xəbərlər
Digər xəbərlər