-1 C
Baku
Wednesday, January 21, 2026

Ford 119 mindən çox avtomobilini geri çağırır

ABŞ-nin “Ford” şirkəti 119 075 avtomobil geri çağırılır.

Bu barədə ABŞ-nin Milli Yol Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, səbəb mühərrik blokunun qızdırıcısının çatlayaraq soyuducu maye sızdırma ehtimalıdır ki, bu da qısa qapanmaya və qızdırıcı qoşulduqda yanğın riskinin artmasına səbəb ola bilər.

Geri çağırış siyahısına müəyyən “Ford Focus”, “Escape”, “Explorer” və “Lincoln MKC” modelləri daxildir.

Sahiblərə NHTSA tərəfindən tövsiyə olunur ki, avtomobillər təmir olunana qədər blok qızdırıcılarını qoşmasınlar. Avtomobil satıcıları isə blok qızdırıcılarını pulsuz əvəz edəcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər