5 C
Baku
Thursday, January 22, 2026

Azərbaycanda ilk dəfə robot cərrahi əməliyyat keçirib

Azərbaycanda TƏBİB tabeli tibb müəssisəsində ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu ölkə üçün qürurverici hadisədir:

“Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək”.

V.Qurbanov vurğulayıb ki, sabah növbəti robotik əməliyyat icra olunacaq və proses davamlı olaraq həyata keçiriləcək.

Yeni Klinikanın direktor müavini Eldar Əhmədov isə qeyd edib ki, robotik cərrahi əməliyyat sayəsində gələcəkdə həkimlər xəstəxanaya getmədən uzaq məsafədən prosesi idarə edərək əməliyyatı icra edə biləcəklər.

Onun sözlərinə görə, bir saat davam edən əməliyyat 22 yaşlı gənc üzərində aparılıb.

E.Əhmədov həmçinin əlavə edib ki, robotik cərrahiyyə zamanı baş verən səhvə həkim özü cavabdehdir:

“Çünki robortun qərar qəbul etmə bacarığı yoxdur. Sadəcə həkimlər əməliyyatı icra etməyə kömək edir”.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər