11 C
Baku
Tuesday, February 17, 2026

Qvineya prezidenti hökuməti istefaya göndərib

Qvineya hökumətinin rəhbəri Amadu Uri Ba prezident Mamadi Dumbuyanın fərmanı ilə istefaya göndərilib. Bu barədə “Guinee 360″ məlumat yayıb.

Məlumata görə, dövlət başçısı yeni hökumət təyin edilənədək nazirliklərin baş katiblərinə öz qurumlarının cari işlərini davam etdirməyi tapşırıb. Yeni Nazirlər Kabinetinin rəhbərinin adı və tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hökumətin istefası Dumbuya Qvineya prezidenti vəzifəsinə başladıqdan təxminən bir həftə sonra baş verib. O, ölkədə 28 dekabr 2025-ci ildə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineya prezidentinin mandat müddəti yeddi ildir.

Dumbuya 2021-ci ilin sentyabrında dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. Dekabrda keçirilmiş seçkilərdən əvvəl ölkədə ümumxalq referendumunda yeni konstitusiya qəbul olunub. Yaxın vaxtlarda Qvineyada parlament seçkilərinin keçirilməsi və bununla da ölkənin mülki idarəetmə formasına qayıdışının tamamlanması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər