Hindistan hakimiyyəti ABŞ prezidenti Donald Trampın “Sülh Şurası”na qoşulmaq təklifi ilə bağlı hələlik yekun qərar formalaşdırmayıb. Bu barədə hökumətdəki mənbələrə istinadən “Hindustan Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Hindistan tərəfi əsas tərəfdaşların, o cümlədən Rusiya və Fransanın mövqelərini diqqətlə izləyir. Respublikada belə narahatlıqlar səsləndirilir ki, “Sülh Şurası” sonda BMT-nin nüfuzunu zəiflədə bilər.
Qəzetin qeyd etdiyinə görə, ABŞ-nin özü istisna olmaqla, BMT-nin və G7 qrupunun heç bir daimi üzvü indiyədək şuraya qoşulmayıb. Bu təşəbbüslə bağlı Yeni Delhidən hələlik heç bir rəsmi açıqlama verilməyib.
Hindistan ötən həftə Trampdan “Sülh Şurası”na qoşulmaq üçün dəvət alan təxminən 60 ölkə arasında olub. Davosda bu birliyin nizamnaməsinin imzalanması mərasimində Hindistandan heç bir rəsmi şəxs iştirak etməyib.







