2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri artım trendini davam etdirib.
Banker.az xəbər verir ki, faiz gəlirləri üzrə bazarın lideri “Kapital Bank” olub. Bankın faiz gəliri 2025-ci ildə 1 milyard 180.1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə təxminən 38.8 faiz artım deməkdir. İkinci pillədə ABB qərarlaşıb. Bankın faiz gəliri 1 milyard 95.6 milyon manat olub və illik artım 19.8 faiz səviyyəsində qeydə alınıb.
Üçüncü yerdə PAŞA Bank yer alıb. Bankın faiz gəliri 542.1 milyon manat təşkil edərək bir il ərzində 13.4 faiz artıb. Bank Respublika (299.6 milyon manat) və AccessBank (256.2 milyon manat) ilk beşliyi tamamlayıb.
Beləliklə, faiz gəlirləri üzrə TOP-5 bankın cəmi göstəricisi 3 milyard 373.5 milyon manat olub. Bu isə 2025-ci ildə bank sektorunun ümumi faiz gəlirlərinin təxminən 6 faizinin ilk beş bankın payına düşür
Reytinqdə növbəti yerlərdə Unibank, Xalq Bank və Yelo Bank qərarlaşıb. Xüsusilə Ziraat Bank Azərbaycan faiz gəlirləri üzrə 55.2 faiz, Bank Respublika isə 26.6 faiz illik artım nümayiş etdirən banklar sırasında yer alıb.







