5 C
Baku
Friday, January 23, 2026

Araz çayı üzərində avtomobil körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır

Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisini Novruz bayramına qədər tamamlamağı planlaşdırırıq.

Bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə görüşündə deyib.

Araz dəhlizində işlərin gedişindən danışan Cəlalzadə avtomobil yolunun tikintisinin sürətlə davam etdiyini bildirib.

“Hazırda yolu genişləndirib dörd zolaqlı edirik. Araz üzərində Ağbənd-Kəlalə körpüsünün tikintisini Novruz bayramına qədər bitirməyi planlaşdırırıq”, – nazir müavini qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər