Türkiyə hökuməti ölkədə maliyyə sabitliyini gücləndirmək üçün yeni addımlar atmağı planlaşdırır.
Xəzinə və maliyyə naziri Mehmet Şimşek şənbə günü açıqlama verərək milli iqtisadiyyat üçün “müsbət inkişaf tendensiyasını” vurğulayıb.
Maliyyə naziri beynəlxalq reytinq agentliyi “Fitch” tərəfindən Türkiyənin proqnozunun yaxşılaşdırılması faktını xüsusi qeyd edib.
Şimşek bu qərarı Türkiyənin kredit reytinqinin tezliklə yenidən yüksəldilə biləcəyinə dair inandırıcı bir siqnal adlandırıb.
Nazir bildirib: “Hökumətin iqtisadi proqramı sayəsində iqtisadiyyatın risklərə qarşı həssaslığı azalmağa davam edir. Eyni zamanda, Türkiyənin makromaliyyə sabitliyi güclənir”.
“Fitch Ratings” dünən Türkiyənin uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB-” səviyyəsində təsdiqləyərək, proqnozunu “sabit”dən “müsbət”ə dəyişdirib.





